Rusiya Xarici İşlər Nazirliyinə Qarabağdakı Rusiya vətəndaşlarından heç bir müraciət daxil olmayıb.
Bu barədə jurnalistlərə açıqlamasında Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O qeyd edib ki, tanınmamış “Dağlıq Qarabağ respublikası”nın ləğvindən sonra Rusiya XİN-ə vətəndaşlardan heç bir müraciət daxil olmayıb. M.Zaxarova əlavə edib ki, belə bir müraciət daxil olarsa, yardım göstəriləcək.