Türkiyənin Diyarbəkir vilayətinin Liçə rayon ərazisində terrorçularla hərbçilər arasında atışma baş verib. RegionTV.info xəbər verir ki, nəticədə üç hərbçi yaralanıb. Xəstəxanaya çatdırılan yaralı hərbçilərdən biri şəhid olub. Digər iki yaralının müalicəsi davam edir. Daxili İşlər Nazirliyi antiterror əməliyyatını gücləndirmək üçün bölgəyə əlavə qüvvə göndərib.
Xəbəri paylaş