Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əli Əsədov tacik həmkarı ilə görüşdü

Əli Əsədov tacik həmkarı ilə görüşdü

Sentyabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Düşənbəyə işgüzar səfəri çərçivəsində Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda ilə görüşüb.

 Nazirlər Kabinetindən verilən xəbərə görə, Əli Əsədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin Tacikistanda yüksək səviyyədə keçirilməsinə görə bu ölkənin hökumətinə təşəkkürünü bildirib.

Tərəflər yüksək səviyyəli səfər və görüşlərin Azərbaycan ilə Tacikistan arasında dövlətlərarası əlaqələrin möhkəmlənməsində əhəmiyyətini qeyd ediblər.

Bu kontekstdə Azərbaycan Prezidentinin bu ilin aprelində Tacikistana dövlət səfərinin əhəmiyyəti qeyd olunub.

 

İki ölkə arasında iqtisadiyyatın konkret sahələri üzrə əməkdaşlığın hazırkı səviyyəsi və inkişaf perspektivləri nəzərdən keçirilib.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də