"Roma Statutunun Ermənistan tərəfindən ratifikasiyası ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq".
Bunu Rusiya XİN açıqlayıb.
"Rusiya Ermənistanın Milli Assambleyasında Roma Statutu ilə bağlı zəhərli qərara “rezin möhür” vurmayacaq qüvvələrin olacağını gözləyir. İrəvan Moskvanın Roma Statutu ilə bağlı cavab təkliflərini nəzərə almayıb. Ermənistanın Roma Statutunu ratifikasiya etməsindən sonra Rusiya rəhbərliyinin respublikaya səfərlərini təsəvvür etmək çətin olacaq", - deyə qeyd olunub.