Xankəndi şəhərinin girişində yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayışda yaralananlara tibbi yardım göstərilməsi ilə əlaqədar Xocalı yaxınlığında səhra hospitalının qurulması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən 53 avtomobil (heyətlə birgə) və zəruri avadanlıqlar göndərilib.
Avtomobil karvanı Ağdam-Əsgəran-Xankəndi yolu ilə göndərilib.
Qeyd edək ki, Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.