Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ruben Vardanyan saxlanılıb - RƏSMİ



Sentyabrın 27-də “Laçın” sərhəd-buraxılış məntəqəsində qanunsuz olaraq Azərbaycan ərazisinə gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
 R.Vardanyanıb Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində saxlanıldığı bildirilib.

 O, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

 Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.
 1968-ci il təvəllüdlü erməni milyarder Ruben Vardanyan İrəvanda anadan olsa da, sərvətini Rusiyada qazanıb. "Forbes" jurnalı onun varidatının təxminən 1 milyard dollar həcmində qiymətləndirir.

Vardanyan 2021-ci ildə Ermənistan vətəndaşlığı alıb. O, qərarını II Qarabağ müharibəsindən sonra erməni xalqına dəstək olmaq istəməsiylə əlaqələndirib. Milyarder əvvəlcə hansısa dövlət vəzifəsini tutacağını rədd eləsə də, sonradan Qarabağdakı erməni seperatçılarının rəhbəri Arayik Arutyunyanın "dövlət naziri" vəzifəsini tutmaq təklifini qəbul edib.

Vardanyan 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək, Qarabağa köçmüşdü. Artıq 2022-ci ilin noyabr ayında Arayik Arutyunyan onu separatçıların "dövlət naziri" təyin etmişdi.

R.Vardanyanın məhz Rusiyanın himayəsi altında Qarabağa gəldiyi istsna olunmur.

Ötən ilin dekabırında Vardanyanın Qarabağdakı faydalı qazıntı yataqlarınının qanunsuz istismar etməsinə etiraz edən azərbaycanlı ekofəallar Laçın yolunda aksiyalara başlamışdılar.

2023-cü il fevralın 23-də qondarma "Dağlıq Qarabağ Respublikasının lideri" Arayik Arutyunyanın rəhbərliyi ilə "hökumətin iclası" keçirilib. Arutyunyan "Artsax"ın Azərbaycan tərəfindən "blokadaya alınması" nəticəsində aondarma "respublika"da yaranmış hərbi-siyasi və sosial-iqtisadi vəziyyəti, habelə yaranan problemlərin həlli üçün hakimiyyət tərəfindən görülən tədbirləri sadalamış və Ruben Vardanyanın "istefaya göndərildiyini" bildirmişdi. 




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də