"Paris İrəvanı baş verənlərə görə məsuliyyəti Rusiyanın üzərinə atmağa məcbur edib".
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makrona cavab verib.
"Moskva Fransa hakimiyyətinin texnikalarını bilir. Onların qərəzliliyi göz qabağındadır, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında onlar öz maraqlarını güdürdülər və regionda sülhün bərqərar olmasına çalışmadılar”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Diplomat Makronu çox zəngin təxəyyülü olan xəyalpərəst kimi xarakterizə edib.