Qarabağda olan rusiyalı milyarder Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend "Kommersant" qəzetinə danışıb.
O, Vardanyanla əlaqə saxlaya bilmədiyini deyib.
“Qazprom-Media Holdinq”in baş direktorunun müavini Tina Kandelaki isə öz "Telegram" kanalında yazıb ki, Ruben Vardanyan Azərbaycan hərbçiləri tərəfindən həbs edilib.
TASS-ın mənbəsinin məlumatına görə, Vardanyan Gorus şəhərinə getmək istəyərkən Azərbaycanla sərhəddə saxlanılıb. “Ruben Vardanyan Hərkəti körpüsünü keçərkən saxlanılıb”, - agentliyin həmsöhbəti deyib.