Antiterror tədbirləri zamanı şəhid olan hərbçiləri ilə bağlı sosial təminatlar vaxtında keyfiyyətlə icra olunacaq.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, bu istiqamətdə sosial təminat və digər tədbirlər həyata keçiriləcək:
"Nazirliyin bütün müvafiq qurumları ailələrlə görüşlərə başlayıblar, müvafiq sənədlər toplanır. Qısa müddətə bütün sosial hüquqlar təmin ediləcək".