Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Üçtərəfli bəyanatın 4-cü bəndi icra edildi, qaldı 9-CU BƏND



Azərbaycan Ordusu 19-20 sentyabr tarixlərində həyata keçirdiyi antiterror tədbirləri ilə erməni separatizminin belini qırdı və faktiki olaraq “Dağlıq Qarabağ münaqişəsi”nə son qoydu.

Hazırda Qarabağda separatçıların silahsızlaşdırılma tədbirləri, Azərbaycanın nəzarətinə keçən ərazilərin separatizmin qalıqlarından təmizlənməsi prosesi aparılır.

Azərbaycan Respublikası Qarabağdakı qanunsuz erməni silahlılarını təslim olmağa məcbur etməklə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü bəndinin icrasını özün həyata keçirdi. Halbuki razılaşmaya əsasən, bunu Ermənistan Respublikası icra etməli idi.

Modern.az saytı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixdə imzaladığı üçtərəfli bəyanatın maddələrini bir daha diqqətə çatdırır:


1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.


2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.


3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.


4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də