Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan Zəngəzur dəhlizini açmasa... - ƏRDOĞAN

Ermənistan Zəngəzur dəhlizini açmasa... - ƏRDOĞAN


"Zəngəzur dəhlizinin açılması üçün əlimizdən gələni edəcəyik".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 "Naxçıvan və Azərbaycanın digər bölgələri ilə quru və dəmir yolu xətləri ilə birbaşa əlaqələrin qurulması əlaqələrimizi daha da gücləndirəcək. Bu güclü bağ sayəsində önümüzdəki dövrdə qat-qat çox məsafə qət edəcəyik. Bu səbəbdən də bu dəhlizin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik. Türkiyə və Azərbaycan üçün çox vacib olan bu dəhlizin reallaşması strateji məsələdir və tamamlanmalıdır. Bu dəhliz açıldıqda Bakıdan çıxan nəqliyyat vasitəsi və ya qatar birbaşa Qarsa gələ biləcək. Türkiyə-Azərbaycan qardaşlığı daha da möhkəmlənəcək", - deyə vurğulanıb.

 O, Ermənistandan dəhlizin açılmasının mümkün olmayacağı təqdirdə İran vasitəsilə həyata keçiriləcəyini açıqlayıb. Ərdoğan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatının toplantısında müşahidəçi üzv kimi iştirak edəcəyini qeyd edib.

 "Menendesin vəzifədən kənarlaşdırılması Türkiyə üçün fürsət ola bilər. Təkcə F-16 məsələsində deyil, bütün mövzularda bu zehniyyət bizə qarşı əngəlləyici fəaliyyət yürüdüb", - Türkiyə prezidenti söyləyib.

 Ərdoğan ölkənin yeni konstitusiyasının qəbul olunacağı barədə də danışıb: "Bütün vətəndaşlarımız rahatlıqla "bu mənim konstitusiyamdır" deyə biləcək".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də