Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya Ukraynada daha 400 hərbçisini itirdi


Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 400 hərbçisini itirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 276 670 nəfərə çatıb.

 Həmçinin son sutka ərzində Rusiyaya məxsus 5 tank, 19 zirehli döyüş maşını, 39 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də