Rusiya sülhməramlıları Qarabağda fəaliyyətini davam etdirəcək, lakin onların bu regionda qalma müddəti barədə danışmaq hələ tezdir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin sözçüsü rus sülhməramlılarının yaxın gələcəkdə Qarabağda qalıb-qalmayacağı sualına belə cavab verib:
“Hələlik bunu kimsə deyə bilməyəcək. Onlar indi faktiki olaraq Azərbaycan ərazisindədirlər. Biz Bakı ilə əlaqələrimizi davam etdiririk, sülhməramlılar danışıqlara yardım göstərir. Biz Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti arasında artıq başlayan danışıqlarda iştirak edirik. Hazırda bu iş davam edir”, - Peskov vurğulayıb.