Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Bakıda keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.
26 yaşlı idmançı finalda moldovalı Pyotr Pelivanı məğlub edib.
Rəqibinə “ippon”la qalib gələn H.Heydərov karyerasında 5-ci dəfə Böyük Dəbilqəni qazanıb.