Azərbaycan tərəfindən Ağdamdan Xankəndiyə yanacaq göndərilib.
SOCAR-ın yanacaq daşıyan iki avtomobili Xankəndiyə yola düşüb.
Avtomobillərdən birində benzin, digərində isə dizel yanacağı aparılır.
Yanacaq Ağdam-Əsgəran-Xankəndi yolu ilə ünvana çatdırılacaq.
Qeyd edək ki, sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələri bölgəyə yanacaq göndərilməsini xahiş etmişdilər.