ABŞ prokurorları ermənipərəst senator Bob Menendez və həyat yoldaşını üç iş adamından rüşvət almaqda ittiham edib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, 69 yaşlı Menendez Nyu Cersi ştatının baş senatoru kimi səlahiyyət və nüfuzundan Misir hökumətinə fayda vermək və hüquq-mühafizə orqanlarının cinayət işi üzrə araşdırmalarına müdaxilə etmək müqabilində yüz minlərlə dollar dəyərində nağd pul və qızıl külçələr qəbul edib.
Onun evində 480 min dollardan çox nağd pul və qızıl külçələri tapıldığı bildirilir.
Prokurorlar Nyu-Cersidəki ev, 2019-cu ildə istehsal olunmuş "Mercedes-Benz" avtomobili və təxminən 566 min dollarlıq nağd pul, qızıl külçələri və bank hesabından pul vəsaitləri daxil olmaqla Menendesin aktivlərinin müsadirə edilməsini istəyirlər.