Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri, habelə bölgədə son vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri zamanı Rusiya sülhməramlı kontingentinin üzvlərinin həlak olması ilə bağlı Rusiya Federasiyası və həlak olan şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verib. Məsələ ilə bağlı araşdırma aparıldığı və istintaq tədbirləri barədə məlumat verilib.