Bu kənd 5 günə Azərbaycana qaytarılır – Erməni KİV
Tarix: 9-01-2021, 23:05 Xəbərə baxış: 166
Xəbər verdiyimiz kimi Ermənistan və Azərbaycanın təhlükəsizlik xidmətlərinin rəhbərləri neytral sərhədyanı zonada görüşüblər.
RegionTV.info xəbər verir ki, Ermənistan mətbuatı da Armen Abazyanla Əli Nağıyevin Naxçıcanla sərhəd neytral ərazidə görüşündən yazır.
Görüşdə əsir və girov düşmüş şəxslərin qaytarılmasının müzakirə olunduğu bildirilib.
Amma Ermənistan müediası Abazyan –Nağıyev görüşü zamanı Sədərək rayonunun Kərki kəndinin Azərbaycana qaytarılmasının müzakirə olunduğunu da əlavə edib.
“Yaxın 5 gün ərzində Tiqranaşen (Kərki) kəndinin Azərbaycana qaytarılması planlaşdırılır”– erməni KİV-ində qeyd edilib.