Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan Xocalıya görə təzminat ödəməlidir: İrəvan məsuliyyətdən qaça bilməyəcək

Ermənistan Xocalıya görə təzminat ödəməlidir: İrəvan məsuliyyətdən qaça bilməyəcək


Bu gün Azərbaycan Qarabağda öz haqlarını mərhələli şəkildə bərpa edir. İkinci Qarabağ müharibəsindən sonra başlayan proses bu gün də davam edir. Şübhəsiz ki, tezliklə Birinci Qarabağ müharibəsi zamanı əli azərbaycanlıların qanına batan erməni cinayətkarlarının kütləvi məsuliyyətə cəlb edilməsi prosesi start götürəcək.

 

Əslində Meşəli qırğınlarına görə məsuliyyət daşıyan Vaqif Xaçaturyanın həbsi bu prosesin başlanğıcı hesab edilə bilər. Ancaq bu, kifayət deyil. Serj Sarkisyan, Robert Köçəryan, Arayik Arutyunyan və digər cinayətkarlar da məsuliyyətə cəlb ediləcək.

 

Erməni cinayətkarların Xocalıda törətdiyi soyqırımı aktına görə cavab verməsi məsələsi də bərpa etməli olduğumuz hüquqlarımızdandır. Ermənistanın Xocalı soyqırımına görə təzminat ödəməsi məsələsi gündəmə gətirilməlidir.

 

Modern.az-a danışan Milli Məclisin Qarabağdan olan deputatı Elman Məmmədov bildirib ki, birinci Qarabağ müharibəsi zamanı Xocalıda və digər ərazilərdə cinayət törədən şəxslər mütləq cəzalandırılacaq:

 

“Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törətmiş şəxslər heç vaxt bağışlanmayacaq. Cənab Prezident İlham Əliyev də bu barədə dəfələrlə, çıxış edib. Heç bir vaxt onlara  aministiya və güzəşt  tətbiq edilməyəcək. Onlar lazımi cəzalarına çatdırılır və çatdırılacaq. Tək Xocalıda yox, Azərbaycanın işğal olunmuş digər torpaqlarında da edilən talanlar, dağıntılar, o cümlədən insanlarımıza qarşı törədilən cinayətlərlə bağlı hüquq-mühafizə orqanlarında kifayət qədər istintaq materialları, şahid ifadələri var. Sözügedən məsələ ilə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb. Bu proses hələ də davam edir. Ermənistan törətdiyi cinayətlərə, dağıntılara, talana görə təzminat ödəyəcək".

Deputat söyləyib ki, BMT-nin nizamnaməsinə əsasən Azərbaycanın bu tələbi qoymağa haqqı çatır:

 

"Azərbaycan bu tələbi icra etməyə borcludur. Sözügedən məsələlər mərhələli şəkildə öz həllini tapacaq. Xocalı soyqırımında zərər çəkənlərdən biri də mənəm. Anamı, həyat yoldaşımın atasını öldürüblər. Ermənistan və hadisələrdə şəxsən iştirak edən cinayətkarlar cavab verəcəklər. Dəyən zərərlə yanaşı, insanlığa qarşı törədilmiş mənəvi cinayətlər də var. Artıq bu cinayətləri törədən şəxslər və dövlət cavab verməlidir. Yəqin ki, müvafiq məhkəmələrin qarşısında məsələlər həll olunacaq".

 

Milli Məclisin Qarabağdan olan digər bir deputatı Aqil Məmmədov da deyir ki, Ermənistanın dövlət kimi təzminat ödəməsi vacibdir:

 

"Ermənilər ərazilərimizi işğal altında saxladıqları zaman milli-mənəvi dəyərlərimizə həddindən artıq ziyan vurub, tarixi abidələrimizi dağıdıblar. Yeraltı və yerüstü sərvətlərimizi talan ediblər. Bütün bunlara görə cavab verməli olacaqlar. İnsan hüquqları da ciddi şəkildə pozulub.1 milyona yaxın şəxs öz dədə-baba yurdlarından kənarda qaçqın və məcburi köçkün kimi yaşamağa məcbur qalıb. Onların hüquqları bərpa olunmalıdır. Cinayətkarların özləri məsuliyyətə cəlb olunmalı, dövlət olaraq Ermənistan təzminat ödəməlidir. Qanun bunu deyir. Zaman gələcək biz bunun şahidi olacağıq".

Deputat söyləyib ki, Ermənistan tərəfi məsuliyyətdən qaça bilməyəcək:

 

"Məsələ araşdırılıb, təhlil edilməlidir. Ermənilərin törətdikləri qanlı terror hadisələri bütün dünyaya bəllidir. Beynəlxalq qurumların hüquq çərçivəsində onları tam günahsız çıxara biləcəklərinə inanmıram. Təzminat ödənilməsi ilə bağlı qanuni qərar veriləndən sonra onun necə ödənilməsi beynəlxalq qurumların göstərdiyi təşəbbüsdən asılı olacaq. Burada söhbət yalnız maddi təzminatdan getmir. Onlar bunu hansısa ərazi ilə əvəzləşdirə bilər. Təzminatın ödənilməsi hissə-hissə ödənilməsi də mümkündür. Bu, gələcəyin işidir".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də