Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Son vaxtlar şam ağacları xəstəlikdən quruyur

Son vaxtlar şam ağacları xəstəlikdən quruyur


"Son vaxtlar şam ağaclarının xəstəlikdən quruması faktları qeydə alınıb. Bəzən Dövlət Agentliyə 500-dək qurumuş ağacın götürülməsi ilə bağlı müraciət daxil olur".

Bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov qurumda keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, Dövlət Ekoloji Ekspertiza Agentliyinə 100-200, bəzən 500 qurumuş ağacın köçürülməsi, götürülməsinə rəy verilməsi ilə bağlı müraciət daxil olur: "Burada sual yaranır ki, bu qədər ağac niyə qurumalıdır? Bunun iki səbəbi var. Ya ağaclara vaxtında düzgün qulluq göstərilməyib, ya da təbii olaraq xəstəliklə əlaqədar quruyub. Əgər brinci səbəbdən danışırıqsa, sual ortaya çıxır ki, niyə bələdiyyələr ağaclara vaxtında qulluq etmirlər? Sonra da həmin ağacların köçürülməsi, götürülməsi ilə bağlı problem ortaya çıxır. İkinci səbəbə nümunə olaraq deyə bilərəm ki, son vaxtlar şam ağaclarında xəstəlik düşməsi nəticəsində onların quruması faktları var. Bu, sırf antropogen faktorlarla bağlı deyil, iqlim amilləri ilə əlaqədardır. Xəstəlik düşmüş ağacları götürməliyik ki, sağlam ağaclara sirayət etməsin".

 Sədr qeyd edib ki, hər bir qurumun öz öhdəliyi var və öhdəliklər layiqincə yerinə yetirilməlidir: "Vaxtında qiymətləndirilmə aparılsa, kütləvi surətdə ağacların köçürülməsi, götürülməsi problemləri ilə üzləşmərik".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də