Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də gecə saatlarında rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birinə qanunsuz daxil olaraq oradan soyğunçuluq yolu ilə 1500 manat dəyərində qızıl-zinət əşyaları, 2150 manat pul və bank kartları ələ keçirməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də məhkum olunmuş və sonuncu dəfə törətdiyi oğurluq əməlinə görə axtarışda olan Vüsal Vəliyev saxlanılıb.
Dindirilmə zamanı V.Vəliyev törətdiyi oğurluq faktını etiraf edib.