Qoşunların çıxarılması prosesinin təşkili və hərbi tədbirlər nəticəsində təxliyə edilmiş mülki sakinlərin yaşayış məntəqələrinə qayıtmasının təmin edilməsi üçün Azərbaycan tərəfi ilə danışıqlar aparılır.
Bu barədə Qarabağ ermənilərinin Xankəndidəki “qərargahı” məlumat yayıb.
Bildirilib ki, danışıqlar Rusiya sülhməramlılarının vasitəçiliyi ilə aparılır.
Eyni zamanda, mülki ermənilərin Qarabağa giriş-çıxış proseduru da müzakirə olunur.
Xatırladaq ki, rəsmi Bakı silahını yerə qoyan erməni döyüşçülərin cinayət məsuliyyətinə cəlb edilməyəcəyini bəyan edib.
"Silahlarını yerə qoyan heç bir keçmiş döyüşçülər cinayət məsuliyyətinə cəlb olunmayacaq. Amma bu, Birinci Qarabağ müharibəsində cinayət törətmiş şəxlərə şamil olunmayacaq", - Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.
Qarabağdakı seraratçıların rəhbərliyi isə bildirib ki, silahları təhvi verməzdən qabaq onların təhlükəsizlik zəmanətinə ehtiyacları var.