Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynə ağır itki üz verib.
Bu barədə Pənah Hüseynin qızı Günay Hüseyn bildirib:
“Səhər çox ağır xəbər aldıq. Bibimiz nəvəsi Qasım vətən uğrunda qəhrəmancasına şəhid olub. Qasım əsgər idi. Evin əziz, yağ-bal içində böyüdülmüş balası idi. Atası Bilal da 5 il Qarabağ müharibəsində vuruşub. Veterandır. Dedilər acıqlanıb ağlayan qadınlara. “Tək bizdə görülməyib ki, vətən sağ olsun” deyib. Söz tapmaq olmur. Göz yaşları dayanmır...
Çox ağırdır çox..
Vətən ona görə vətəndir ki, belə oğullarımız var. Vətən sən sağ ol , bütöv ol ki, bir də şəhidlərimiz olmasın.
Nur içində olasan Şəhidim”, - G.Hüseyn sosial şəbəkədə yazıb.
Xəbəri paylaş