Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xankəndidə mer olmağa hazıram! - Hafiz Hacıyev

Xankəndidə mer olmağa hazıram! - Hafiz Hacıyev



Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda apardığı lokal antiterror tədbirləri separatçıların bu gün ağ bayraq qaldırması və təslim olması ilə nəticələndi. Xankəndidə Azərbaycan bayrağının dalğalanması an məsələsidir.  

Rəsmi Bakı bəyan edib ki, Azərbaycan Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.

Beləliklə, uzun illərdən sonra separatçıların məskunlaşdığı Xankəndi tədricən düşmən tör-töküntülərindən təmizlənəcək, şəhərdə Azərbaycan Konstitusiyasına uyğun idarəetmə təmin olunacaq.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev hələ 2020-ci ildə, 44 günlük Vətən müharibəsindən sonra Xankəndiyə mer təyin olunmaq arzusunda olduğunu söyləmişdi.

“Nə zaman mənim fərmanımı versələr, Xankəndiyə gedib ermənilərlə işləyəcəyəm. Onları müsəlman edəcəyəm”, - partiya sədri söyləmişdi.

H.Hacıyev o zaman həm də qeyd etmişdi ki, Xankəndidə mer olsa, müavinini ermənilərdən təyin edəcək:

Maraqlıdır, Hafiz Hacıyev hələ də eyni fikirdə qalırmı?

Bu məsələ ilə bağlı Müasir Müsavat Partiyasının sədri ilə əlaqə saxlayıb.

Hafiz Hacıyev bildirib ki, məsləhət görüldüyü halda Xankəndidə mer olmağa hazırdır:
 

"Xalqımızın gözü aydın! Uzun müddətdən sonra Azərbaycan növbəti dəfə öz gücünü göstərdi. Erməni separatçıları ağ bayraq qaldırıb, təslim oldular.
Sabah Yevlaxda keçiriləcək görüşlərdə bəzi məsələlər həll olunacaq. Ondan sonra bayrağımız Xankəndidə, Ağdərədə və digər işğal altında qalan ərazilərdə dalğalanacaq. Biz Ali Baş Komandanın verdiyi məsələhətə uyğun davranmağa hazırıq.

Əgər məsləhət bilsələr, mən Azərbaycan dövlətçiliyinin qorunması uğrunda canımdan keçməyə hazıram. Xankəndidə vəziyyət elə də sabit olmayacaq. Ermənilər orada  müəyyən intiriqalara əl atacaqlar. Ağ bayraq qaldırsalar da, bayrağımız Xankəndidə dalğalansa da, onlar ürəklərində kin saxlamağa davam edəcəklər. Buna görə də orada işləyəcək adam həm erməni dilini bilməli, həm də təmkinli olmalıdır. Bundan sonra "Azərbaycan dövlətçiliyinə uyğun olaraq necə davranmaq lazımdır" sualına cavab verməlidir.
Xankəndiyə rəhbər göndəriləcək şəxs dünyanın diqqətini Azərbaycanın orada apardığı işlərə çəkməyi bacarmalıdır. Hər halda məsələhət bilsələr, ən çətin ərazidə dövlətimi, o cümlədən Ali Baş Komandanımı təmsil etməyə hazıram. Məsələhət olsa, partiya olaraq ona uyğun hərəkət edəcəyik".


Hafiz Hacıyev Xankəndiyə mer təyin edilməsi üçün müraciət edib-etməyəcəyi ilə bağlı da danışıb:
 

"Mən təklifimi media vasitəsilə dilə gətirmişəm. Bu artıq məlumdur. Xankəndi nə asan yerdir, nə də rüşvət mənbəyidir. Haykanuşdan, ya da kimdənsə rüşvət almaq olmayacaq. Orada ermənilərlə davranış qaydlarını bilən adam lazımdır. Hər stol arxasından duran adamı ora təyin etməklə, nəyəsə nail olmaq mümükün deyil. Ən azı nə məsələhət olacaqsa, o da reallaşacaq.

Biz hər halda partiyamızın Xankəndi təşkilatının yaradılması istiqamətində hazırlıq işləri aparırıq. Bayrağımız orada dalğalanmağa başladıqda Xankəndi nümayəndəmizi də açıqlayacağıq. İndi mənim, yaxud başqasının oraya mer təyin edilməsi cənab Prezidentin səlahiyyətindədir".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də