Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rəsmi Bakı qondarma “Artsaxın liderləri”ni təhvil almaq İSTƏYİR

Rəsmi Bakı qondarma “Artsaxın liderləri”ni təhvil almaq İSTƏYİR



Azərbaycan Ordusunun Qarabağda başlatdığı antiterror tədbirlərinin qarşısında dayana bilməyən erməni separatçıları təslim oldular.

2023-cü il sentyabrın 20-də saat 13:00-dan etibarən lokal xarakterli antiterror tədbirləri dayandırılıb.
Şərtlərə əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyacaq, döyüş mövqelərindən və hərbi postlardan çıxacaq və tam şəkildə tərksilah olunacaqlar.

Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edəcək, qeyri-qanuni erməni silahlı dəstələri buraxılacaqdır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil veriləcək.

Bu proseslərin Qarabağdakı Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin ediləcək.

Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün rəsmi Bakının Qarabağın erməni sakinlərinin nümayəndələri sabah - sentyabrın 21-də Yevlaxda görüşəcəklər.
 

Bu arada Ermənistanın “Hraparak” nəşri maraqlı bir məlumat yayıb.

Sözügedən məlumata görə, Azərbaycan tərəfi ağır cinayətlərdə ittiham olunan bir qrup separatçının siyahısını hazırlayaraq Xankəndiyə - Qarabağ ermənilərinin nümayəndələrinə göndərib.
 

Rəsmi Bakı siyahıda adları qeyd olunan şəxslərin humanitar dəhliz qarşısında Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb edib.

Qeyd edilir ki, “qara siyahı”ya qondarma “Artsaxın liderləri”, Xankəndidəki xuntanın qurulmasında xüsusi rol oynamış şəxslər, habelə bəzi hərbçilər daxildir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də