Moskvada məhkəmə kriminal aləmdə ən yüksək vəzifə tutmaqda təqsirli bilinən "qanuni oğru" Hacı Beyləqanskini ( əsl adı - Talıbxanlı Hacıbaba Tahir oğlu) 21 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məhkəmə müəyyən edib ki, o, 2012-ci ildə kriminal dünyasının kralı Aslan Usoyanın (Ded Xasan) şəriki - İlqar Əliyevin sıradan çıxarılmasına görə tac alıb. Bu cinayətə görə Hacı Beyləqanski 2020-ci ildə 19 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkum xüsusi rejimli həbsxanaya göndəriləcək.