Əməkdar artist, Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun ailəsinə ağır itki üz verib.
Sosial şəbəkələrdə yayılan məlumata görə, Rəhman Rəhmanovun oğlu - müğənni Emil Rəhmanov bu gün səhər saatlarında vəfat edib. Mərhumun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.
Məlumatı Kukla Teatrının əməkdaşları da təsdiqləyiblər.
Qeyd edək ki, Emil Rəhmanov əvvəllər həbsdə olub. Onun əvvəllər narkotik maddələrin əludəçisi olduğu barədə də məlumatlar yayılıb. Mərhumun ilk evliliyindən bir övladı var.
Xatırladaq ki, Əməkdar artist Rəhman Rəhmanın daha bir oğlu 2004-cü ildə 27 yaşında faciəvi şəkildə vəfat edib.
Allah rəhmət eləsin.
Xəbəri paylaş