Kamçatka yarımadasının şərq sahillərində 5 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə TASS agentliyinə Rusiya Elmlər Akademiyasının Vahid Geologiya üzrə Federal Tədqiqat Mərkəzinin Kamçatka bölməsindən bildirilib.
Qeyd olunub ki, zəlzələnin episentri Kamçatkanın Milkovo kəndindən 132 kilometr aralıda yerləşib.