"TikTok" platforması fəaliyyətə başlayandan bəri ölkəmizdə nəinki insan dəyərləri, demək olar ki, əxlaq dəyərləri də ayaqlar altına atılıb. Valdeyn uşağına özəl günündə telefon hədiyyə edərkən, ona ilk sözü “Bala "TikTok"dan az istifadə et” deməsi olur.
Çünki platformada hansı təbəqənin desən adamı var. Bu gün qarşımıza bir xəbər çıxdı. Sözün doğrusu xəbər demək olarsa. Sosial şəbəkələrdə bomba kimi partlamağa başladı.
"TikTok"da "Fidan-009" adı ilə tanınan çoxsaylı izləyici kütləsi olan bir xanım faktı, sübutu olmayan video paylaşımında bildirir ki, ona qarşı “Sapfir” restoranının sahibi, iş adamı İlham Qədimbəyli tərəfindən guya zorakılıq göstərilib, döyülüb, hətta başına silah belə dirəyiblər.
Sözün doğrusu bu xəbəri bizlər də paylaşdıq və demək olar xəbərə sosial şəbəkə izləyicilərinin çox hissəsi inanmadı. Çünki ortada faktı təsdiqləyən hansısa dəlil yoxdur.
Məsələ ilə bağlı videoda adı çəkilən iş adamı İlham Qədimbəyli ilə əlaqə saxladıq və o bildirir ki, deyilənlər tamamı ilə cəfəngiyat və şər-böhtandır. Fidan adlı şəxslə "TikTok" vasitəsi ilə tanış olub. Onlar sözü gedən platformada oyunlar oynayıblar: “Mən hər zaman ona hədiyyələr atmışam.
Arada münasibətimiz yaranıb. O mənim kimliyimi və iş adamı olduğumu bildikdən sonra məni şantaj etməyə başladı. Məndən muxtəlif vaxtlarda pul istədi. Mən bir dəfə ona 200 manat göndərəndə, o, “bu nə puldur göndərmisən?
Mən sənin üçün dilənçi deyiləm.” kimi cavab verdi. Sonra yenə müxtəlif vaxtlarda mənə yazmağa başladı. Əsl adının Çinarə Quliyeva olduğunu bildim. O, məndən davamlı ona hədiyyə atmağı və ya pul göndərməyi tələb etdi.
Onunla razılaşmadıqda isə məni canlı yayında təhqir edəcəyi ilə hədələyirdi. Bu gün də görürsüz ki, canlı yayımlar açaraq məni və yaxınlarmı təhqirlər edir. Təxminən 3 ay bundan əvvəl rəsmi şəkildə polisə şikayət ərizəsi vermişəm.
Hal-hazırda həmin şikayətlə bağlı araşdırma davam edir. Bu gün yayılan video ilə bağlı isə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməyə hazırlaşıram. Vəkilimə bununla bağlı lazımi tapşırıqlar vermişəm.
”TikTok" adı Fidan, rəsmi adı isə Çinarə Quliyeva olan xanım bildirdi ki, onda mənim şəkillərim var, istədiyi pulu verməsəm, mənim şəkillərimi paylaşacaq. Mən ailədə elə tərbiyə görməmişəm ki, kimliyindən asılı olmayaraq hansısa xanıma əl qaldırım, silah çəkim.
İndi hansı zamanda yaşayırıq ki, kimsə üzərində silah gəzdirsin və bunu da gecə-gündüz vətən keşiyini qoruyan polislərimiz bilməsin və yaxud da görməsin. Bir daha deyirəm, deyilənlər mənə qarşı şər və böhtandır.
Bu mənim və mənim tanınmış iş adamı olan qohumlarıma qarşı təxribatdır. İnanıram vicdanlı media nümayəndələri də buna imkan verməyəcək. Bütün bu olanları araşdırıb, cəmiyyətmizə sağlam xəbəri çatdıracaqlar.
Vicdanlı jurnalistlər araşdırma aparsalar bir çox qaranlıq məqamlar üzə çıxacaq və məlum olacaq ki, bu şəxs təkcə mənə qarşı deyil, məndən başqa şəxslərə qarşı da dəfələrlə bu cür şər-böhtan, şantaj kampaniyalarından istifadə edib.” deyə İlham Qədimbəyli bildirib
AZƏRBAYCANREALLIĞI.COM
Xəbəri paylaş