Bu, Milli Məclisə daxil olmuş "Energetika haqqında" yeni qanun layihəsində qeyd olunub.
Sənədə əsasən, həmin fəaliyyət növləri aşağıdakılardır:
- enerji resurslarının kəşfiyyatı;
- enerji resurslarının işlənməsi və hasilatı;
- enerji resurslarının emalı;
- enerjinin istehsalı;
- enerjinin saxlanılması;
- enerjinin nəqli (ötürülməsi);
- enerjinin paylanması;
- enerjinin idxalı və ixracı;
- enerjinin topdan və (və ya) pərakəndə satışı;
- təbii qaz və elektrik enerjisi bazarlarının fəaliyyətinin təşkili.