Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bəzi rayonlardan sel keçib, Zaqatalaya qar yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlardan sel keçib, Zaqatalaya qar yağıb - FAKTİKİ HAVA


Milli Hidrometeorologiya Xidmətinin senytabrın 18-i saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

 Xidmətdən  verilən məlumata görə, Şahdağda, Zaqatala rayonunun dağlıq ərazilərində qar yağıb. 

Düşən yağıntının miqdarı Astarada 121 (aylıq normanın 61%-i) , Balakəndə 111 (aylıq normanın 131%-i), Zaqatalada (aylıq normanın 112%-i) 95, Qaxda (aylıq normanın 38%-i) 45, Yardımlıda 20, Qusarda 19, Xaltanda 16, Xınalıqda 14, Qubada 12, Şahdağda 11, Ağdamda 10, Lənkəran, Xaltan, Şəki , Xaçmaz, Qobustan, Neftçala, Göyçay, Cəfərxan, Qəbələ, Oğuz, Tərtər, Biləsuvar, Şirvan, Sabirabad, İmişli, Zərdab, Yevlax, Mingəçevir, Şabran, Daşkəsən, Gəncədə 9, Bakı və Maştağada 5, Sumqayıtda 4, Binə və Pirallahıda 2 mm-dək olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də