Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Natiq Kərimov vəfat edib.
O, ötən gün xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Hacı Natiq Nardaran hadisələri zamanı kənd ağsaqqalları adından çıxış edirdi.
O, daha sonra dövlətə xəyanətdə ittiham edilərək həbs edilmiş, bir müddət sonra isə azadlığa buraxılmışdı.