Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Meksika Birləşmiş Ştatlarını Milli Günü münasibəti ilə təbrik edib.
Bu barədə qurumun "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Meksika xalqını Milli Günü münasibətilə təbrik edir, onlara ən xoş və səmimi arzularımızı çatdırırıq! Azərbaycan Meksika Birləşmiş Ştatları ilə ikitərəfli münasibətlərinin möhkəmlənməsini səbirsizliklə gözləyir! Milli Gününüz mübarək, Meksika!", - paylaşımda qeyd edilib.