Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ŞOK ŞOK ŞOK! Aidiyyatı qurumlar yol kənarlarında açıq qidaların səyyar satışına niyə nəzarət etmirlər?


Bazarlarda, ticarət mərkəzlərində, keçidlərdə açıq qidaların səyyar satışına tez-tez rast gəlirik. Toz-torpağın altında satılan bu qidalar insan sağlamlığı üçün təhlükəlidir.
 
Mütəxəssislərə görə, açıq şəraitdə satılan qidalara mikrob və bakteriyalar tez bulaşır. Açıq havada olan və küləklə yayılan bu mikroblar buxarlanaraq açıq satılan qidalara bulaşır.
 
Bu gün redaksiya olaraq məhz bu mövzuya toxunacağıq. Nəzərinizə çatdırmaq istəyirik ki, Bakı Yevlax yolunun Yevlax rayon hissəsində yol kənarında Balığın səyyar satışı ilə məşğul olan sakinlər gördük. Yol kənarında, toz torpağın içində satılan bu balıqlar insan həyatı üçün təhlükə mənbəyidir. Onu da qeyd etmək istəyirik ki, açıq havada, natəmiz yerdə mənşəyi məlum olmayan balıq məhsullarının satışına ümumiyyətlə nəzarət olunmur. Aidiyyatı qurumlar öz işlərinə məsuliyyətsiz yanaşırlar.
 
Belə ki, baş redaktorumuz Arzu Orucovun dəfələrlə AQTA ilə telefon bağlantısı yaratmasına baxmayaraq, əməkdaşlar bu işə AQTA-nin baxmadığını söyləmişdir. Bu işə qarşı məsuliyyət daşımadıqlarını açıq aydın bildirmişlər. Çox maraqlıdır bəs görəsən bu işin məsuliyyətini hansı aidiyyatı qurum daşıyır? AQTA öz işinə bu qədər məsuliyyətsiz yanaşır. Öz üzərinə düşən öhtəlikləri layiqincə icra edə bilmirlər.
 
Ümumiyyətlə istənilən halda küçələrdə, açıq havada ərzaq məhsullarının satılması qanunsuzdur və aidiyyatı qurumlar bunun qarşısını almalıdır. Lakin bu gün aidiyyatı qurumlar yalnız və yalnız dövlətin onlar üçün ayırdığı maaşı yeyə bilirlər. Çox maraqlıdır hara baxır Ekologiya və Təbii Sərvətlər Naziri və Nazirliyin əməkdaşları, AQTA və onun əməkdaşları, həmçinin Su Polisi. Belə ticarət düzgün deyil, onların hamısı yığışdırılmalı və ətraf təmizlənməlidir.
 
Sonda bildirmək istəyirik ki, əgər həmin ərazilərdə xoşagəlməz bir hadisə baş versə, yaxud bir xəstəlik, zəhərlənmə müşahidə olunarsa, cavabdehlik məhz adlarını yuxarıda qeyd etdiyimiz qurumların üzərinə düşür. Heç kəs qanunsuz, özbaşına gətirib yolun ortasında açıq havada ərzaq məhsulları sata bilməz".
 
Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
 
 

ŞOK ŞOK ŞOK! Aidiyyatı qurumlar yol kənarlarında açıq qidaların səyyar satışına niyə nəzarət etmirlər?

 

ŞOK ŞOK ŞOK! Aidiyyatı qurumlar yol kənarlarında açıq qidaların səyyar satışına niyə nəzarət etmirlər?

 

ŞOK ŞOK ŞOK! Aidiyyatı qurumlar yol kənarlarında açıq qidaların səyyar satışına niyə nəzarət etmirlər?

 

ŞOK ŞOK ŞOK! Aidiyyatı qurumlar yol kənarlarında açıq qidaların səyyar satışına niyə nəzarət etmirlər?

 

ŞOK ŞOK ŞOK! Aidiyyatı qurumlar yol kənarlarında açıq qidaların səyyar satışına niyə nəzarət etmirlər?

 

ŞOK ŞOK ŞOK! Aidiyyatı qurumlar yol kənarlarında açıq qidaların səyyar satışına niyə nəzarət etmirlər?

 

 
 
 
 
 
 
Kanal1.az İnformasiya Xəbər Portalının baş redaktoru
Arzu Orucov

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də