Ötən gün Respublikaçı Alternativ Partiyasının (ReAl) sədri İlqar Məmmədov bəzi seçki dairələrinin ləğv olunacağı iddiası ilə çıxış edib. O, sosial şəbəkə hesabında yazıb ki, Şəkidə 114 saylı, Lənkəranda 76 və Cəlilabadda 69 saylı seçki dairələri ləğv olunacaq.
İlqar Məmmədov bəzi seçki dairələrinin ləğv edilməsinə baxmayaraq, deputatların sayında dəyişiklik olmayacağını da bildirib. Onun sözlərinə görə, Sumqayıtda 2, Abşeronda isə 3 yeni dairə yaradılacaq.
Məlumat üçün bildirək ki, 2020-ci ildə keçirlmiş sonuncu parlament seçkiləri zamanı 69 saylı seçki dairəsindən Fəzail İbrahimli, 76 saylı seçki dairəsindən Ziyafət Əsgərov, 114 saylı seçki dairəsindən isə Əli Məsimli deputat seçilib.