Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu arayışların verilməsinə görə rüsumlar ləğv olunur


Azərbaycanda arxiv arayışlarının verilməsinə görə tutulan dövlət rüsumları ləğv edilir.

 Bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə qeyd olunub.

Qanun layihəsinə görə, dəyişiklik layihəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumlarının ləğv edilməsini nəzərdə tutur.

 Bundan sonra müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərə ödənişli arxiv xidmətlərini təsdiq olunmuş siyahı və xidmət haqları məbləği müqabilində göstərəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də