ETSN Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 15-i saat 9-a olan məlumatına əsasən, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti 14-ü gündüz saatlarında tədricən kəsilib. 15-i gecə və səhər hava sabit, əsasən yağmursuz keçib.
Bu barədə Xidmət məlumat yayıb.
Məlumata görə, düşən yağıntının miqdarı Biləsuvar, Lerikdə 6 mm, Yardımlı, Beyləqan, Neftçala, Culfa, İmişli, Sabirabad, Cəfərxan, Lənkəran, Ağsu, Astarada 3 mm-dək olub.
Duman Şəmkir, Şamaxı, Lerik, Qrızda müşahidə olunub.