Məlumdur ki, Azərbaycan Respublikası ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra, hər kəsin Konstitusiya ilə qorunan hüquq və azadlıqlarının təmin olunması əsas prioritet vəzifələrdən biri hesab olundu. İllər keçdikcə vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində müəyyən addımlar atıldı, saysız-hesabsız qanun və qərarlar da qəbul olundu. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin I hissəsində qeyd olunub ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar bir dövlətdir. Hüquqi dövlətin sosial əsası özünü tənzimləyən vətəndaş cəmiyyətidir və bu dövlət vətəndaş cəmiyyətinin forması kimi çıxış edir. Bu tip dövlətlərin mərkəzində insan və onun maraqlarının müdafiə olunması daim öndə tutulur. O halda sual oluna bilər ki, nəyə görə ötən illər ərzində Gəncə şəhər sakinləri Həsənli Ceyhun Səlman qızının, Ələsgərov Ramin Xəqani oğlunun və Hüseynov Səlyan Məhəmməd oğlunun pozulmuş hüquqlarının aradan qaldırılması yöndə lazımi addımlar atılmır? Belə ki, bu günlərdə adı çəkilən hər üç şəxs tərəfindən redaksiyamıza müraciət daxil olub. Təqdim olunan müraciətin məzmunu ilə tanış olduqda şoka deyil, birbaşa “şökə” düşməli olduq. Çünki, adı çəkilən bu şəxslər bildirirlər ki, “Gəncə şəhərində yaşayan Mehriban Məmmədova, atası Məmmədov Əli Hilal oğlu və anası Məmmədova Məleykə Xıdır qızı bu gün də “vorzakon”luq etməklə məşğul olurlar. Belə bir səbəbdən də, indiyə kimi arxa-dayağı olmayan neçə-neçə kimsəsiz insanlar bu ailə üzvlərinin şər-böhtanına düçar olublar və sahib olduqları əmlaklarını əldən də çıxarıblar. Bu gün də onlar oxşar əməllərini davam etdirdiklərindən, yeni-yeni ailələrin üzvləri “vorzakon”luq edən Mehriban Məmmədovanın və bu şəxsin valideyinlərinin olmazın hoqqaları ilə üz-üzə qalmaqdadırlar. Gəncədə yaşayan Sərxan Hüseynov qeyd edir ki, mən 1998-ci ildə Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospektində yerləşən 249 saylı binanın zirzəmisində qeyri-yaşayış sahəsi aldım. Həmin vaxt qonşum qeyri-yaşayış sahəsinin giriş hissəsinin bağlanması üçün məhkəməyə müraciət etdi. O, bu məqsədlə məhkəməyə müraciət etsə də, keçirilən məhkəmə proseslərində uduzmalı oldu. Buna baxmayaraq 2002-ci ildə qonşum yenidən məhkəməyə müraciət etsə də, bütün məhkəmə instansiyalarında mənim xeyrimə qərar çıxarıldı. 2004-cü ildə qonşum həmin yeri özbaşına zəbt etdi və həmin yerə qeyri-qanuni sərəncam da aldı. Belə olan halda məhkəməyə müraciət etdim və təkrar mənim xeyrimə məhkəmədə qərar çıxarıldı. 2004-cü ildə çıxarılan məhkəmə qərarlarında qeyd olundu ki, istifadəmdə olan qeyri-yaşayış sahəsinə aid olan pilləkanlara daxil olmaq qadağandır. 2004-cü ildən 2013-cü ilə kimi heç bir problem baş vermədi və qeyd olunan giriş sahəsindən sərbəst şəkildə istifadə edə bildim. Bütün bunlara baxmayaraq, 2013-cü ildə Gəncə ŞİH-nin sabiq başçısı Elmar Vəliyev həmin yerə sərəncam verməyə ixtiyarı olmadığı halda o, saxta yolla Gəncə şəhəri, Nizami RİH-i başçısının müavini Bəhruz Hümbətovun vasitəsilə Məmmədova Mehriban Əli qızının adına sərəncam verdi və həmin sahəyə aid rəsmiləşdirmə işləri də, məhz bu xanımın adına həyata keçirildi. Elə ki, Gəncə şəhərinə yeni icra başçısı təyin olundu, o halda əlimdə olan məhkəmə qərarlarından məhkəməyə müraciət etdim. Çünki, əlimdə məhkəmə qərarları, çıxarış və s. kimi sənədlər olduğu halda, həmin yerə saxta sərəncam verilmişdi. Nəhayət, 2020-ci ildə məhkəmə qətnamələri icra olundu, pilləkan açıldı və iş xitam olundu. Yəni, həmin yer Mehriban Məmmədovadan alınıb mənim özümə qaytarıldı. Ümumiyyətlə, bu günə kimi mənim xeyrimə 21 məhkəmə qərarı çıxarılıb.
Onu da bildirim ki, Atatürk prospektində yerləşən 249 saylı binanın zirzəmisindəki qeyri-yaşayış sahəsinin ölçüsü 353 kvm-dir. Həmin sahənin 100 kvm-ni 2009-cu ildə, 100 kvm-ni isə 2013-cü ildə özəlləşdirmişdim. Qalan 158 kvm sahəni isə, 2018-ci ildə Ceyhun Həsənli şəffaf hərrac yolu ilə dövlətdən almışdı. Ceyhunə Həsənlinin pula ehtiyacı olduğu üçün, yaxud da hansısa səbəbdən o, həmin sahənin 4,6 kvm-ni Ramin Ələsgərova satır. Elə ki, Ramin Ələsgərov 4,6 kvm sahəni işlətməyə başlayır, o halda Mehriban Məmmədova ortaya çıxır və ona “Mən sənə bu yeri işlətməyə imkan verməyəcəyəm” deyir. Mehriban Məmmədova bu işlə bağlı məhkəməyə müraciət edir və tələb qoyur ki, Sərxan Səlyan oğlu Hüseynov oradan çıxarılsın. Təəccüblü hal o olur ki, həmin sahə mənim adıma olmadığı halda, məhkəmə qərar çıxarır ki, Sərxan Hüseynov həmin yerdən çıxarılsın. Bildirim ki, Ceyhun Həsənli istifadə olunan giriş sahəsini alqı-satqı yolu ilə Ramin Ələkbərova satır. Yəni, obyektin giriş hissəsini satan Ceyhun Həsənli, alan isə Ramin Ələkbərov olur. Buna baxmayaraq, Mehriban Məmmədova məhkəməyə müraciət edir ki, Sərxan Hüseynov oradan çıxarılsın. Məhkəmə də belə bir formada qərar çıxarır. Məhkəmə belə bir qərar çıxarsa da, müəyyən qədər ədalət prinsipini qoruyur və “pilləkan bağlansın” deyə, qərarda heçnə yazılmır. Bir qədər keçdikdən sonra isə Mehriban Məmmədova məni daha çox bezdirməyə, zinhar etməyə başladı. Belə bir səbəbdən də istifadəmdə olan qeyri-yaşayış sahəsinin hamısını Ceyhun Həsənliyə verdim ki, işə başla və mənim də ailəmə köməklik göstərin.
Hələ bunlar harasıdır? Qeyd edim ki, Mehriban Məmmədova, atası Məmmədov Əli Hilal oğlu və anası Məmmədova Məleykə Xıdır qızı hər gün polis şöbəsinə gedirlər, hər gün DİN-nin 102 xidmətinə zəng edirlər ki, əgər siz Ramin Ələsgərova, Sərxan Hüseynova hansısa formada pislik etməsəniz biz polis əməkdaşlarını şərləyəcəyik. Yəni, polis əməkdaşlarının bizdən rüşvət aldıqlarını açıqlayacağıq. Bu ailənin üzvləri polis əməkdaşlarına qarşı o qədər aqressiv yanaşma ortaya qoyurlar ki, həm gördüklərimizdən, həm də eşitdiklərimizdən sanki dəhşətə gəlirik. Hətta, Məmmədovlar ailəsinin hər üç üzvü elə hallar olur ki, bədənlərinin müxtəlif hissələrini kəsirlər, hansısa yolla həkimlərdən rəy alırlar və bununla da bizi şərləməyə çalışırlar. Guya ki, biz onlara hansısa formada xəsarətlər yetirmişik. Belə bir səbəblərdən də, günlərimiz həm polis şöbəsində keçir, həm də polisə izahatlar yazıb verməli oluruq. Bundan əlavə, Mehriban Məmmədova, Əli Məmmədov və Məleykə Məmmədova əlbir olaraq polis əməkdaşlarını da şərləyirlər. Onların şər-böhtan addımlarına görə polis əməkdaşları da bizə pislik etməyə çalışırlar.
Qeyd edim ki, Məmmədovlar ailəsinin üzvləri indiyə kimi Gəncə şəhərinin mərkəzi ərazilərində arxa-dayağı olmayan 14 nəfər şəxsə şər-böhtan atıblar və müxtəlif yollarla onlara məxsus obyektləri əllərindən alıblar. Faktdır ki, hal-hazırda bu ailənin Gəncə şəhərinin mərkəzi ərazilərində 14 obyektləri var. Onlar obyektlərdən bəzilərini ayrı-ayrı şəxslərə icarəyə versələr də, bəzi obyektləri bu gün də boş qalmaqdadır. Bu şəxslər Gəncə şəhəri, Nizami RPŞ-nin rəhbər şəxslərini də şərləmək istəyirlər. Guya ki, polis əməkdaşları onlardan rüşvət alıblar. Hətta, Məmmədovlar ailəsinin hər üç üzvü polis əməkdaşlarını təkid edirlər ki, həmin yeri alın da bizə verin. Bu ailənin üzvləri bizə məxsus pəncərələrin şüşələrini də sındırırlar. Elə ki, polis əməkdaşları kamera görüntülərinə baxırlar, o halda bəlli olur ki, pəncərələrimizin şüşələrini sındıranlar Mehriban Məmmədovadır, atası Əli Məmmədovdur, anası Məleykə Məmmədovadır. Bütün bunlara baxmayaraq, polis əməkdaşları hansısa səbəbdən bu şəxsləri cəzalandırmır, yaxud da cəzalandırmaq istəmirlər. Əksinə, bu gün də Məmmədovlar ailəsinin üzvləri həm bizə, həm də polis əməkdaşlarına qarşı şər-böhtan atmaqda davam edirlər. Bu da bir çox şübhələrə yollar açır. Düşündürücü hal odur ki, Gəncə şəhəri, Nizami RPŞ-nin əməkdaşları Məmmədovlar ailəsi üzvlərinin atdıqları addımlara görə lazımi cəza tədbirləri görmürlər. Niyə, nə səbəbə? Hələ ki, bu bəlli deyil”.
Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra yazıda qeyd olunan olayların varlığı Azərbaycan Respublikasının Daxili İşlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazovun da diqqətini cəlb edəcək. Yəqin ki, cənab Nazirin yaşanan problemlərin araşdırılması ilə bağlı verdiyi tapşırıqlardan sonra ədalət qalib gələcək və Ceyhun Həsənlinin, Ramin Ələsgərovun və Səlyan Hüseynovun pozulmuş hüquqlarının bərpası tam şəkildə təmin olunacaq. Biz bir media qurumu olaraq buna tam şəkildə inanırıq və böyük ümid də bəsləyirik. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Mövzunu diqqətdə saxlayacağıq