Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov məlumat verib.
"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən təhsil müəssisələrinin yaxınlığında olan yollarda sıxlığın və tıxacların yaranmaması üçün işıqforlarda “yaşıl dalğa” əmri artırılıb. Yollarda vəziyyət nəzarət altındadır", - deyə Ömər Xıdırov bildirib.