Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Sədərək” bazarı yağışdan ziyan görən sahibkarlara kompensasiya ödəmək istəmir - AXI NİYƏ?!


 

 

 

 


Bir neçə gün əvvəl, yağan yağış səbəbindən suyun altında qalan Sədərək bazarında sahibkarlara külli miqdarda ziyanın dəyməsini sözügedən ticarət mərkəzinin rəsmiləri də etiraf edib. Bazardan  göndərilən açıqlamada bildirilirdi ki, gəkəcək yağışlardan sığortalanmaq üçün rəhbərlik əlavə tədbirlər görür, yeni su nasosları alır, arxları təmizləyir. İronik də olsa, belə sual yaranır: cəbablar, nə tez ayılıbsınız?
Elə həmin cavabda bazar adından qeyd olunurdu ki, ziyan dəyən sahibkarlara kompensasiyaların verilməsinə başlanacaq. Bazardakı sahibkarlar isə deyir ki, yağışın vurduğu ziyana görə heç kimə kompensasiya verməyiblər. Bəs bu məsələ necə həllini tapmalıdır? Söhbət etdiyimiz İqtisadçı ekspertlər və hüqşunaslar bildirir ki, ticarət mərkəzi hər bir sahibkarla fərdi müqavilə imzalamalı və sahibkarlara dəyən ziyan hüquqi çərçivədə öz həllini tapmalıdır. Adıçəkilən ticarət mərkəzləri ilə sahibkarlar arasında olan iqtisadi münasibətlərin heç bir hüquqi əsasının olmadığı üçün, buna görə də sahibkarlar dəymiş ziyana görə heç nə tələb edə bilmir. Bu gün Sədərək ticarət mərkəzi nəinki Azərbaycan, bütövlükdə Qafqazın ən böyük ticarət mərkəzidir.
Orada həm icarəyə çalışanlardan, həm də vaxtilə mülkiyyətçi kimi hər hansı bir ticarət sahəsini əldə edən şəxslərdən böyük məbləğlərdə icarə haqqı yığılır. Həmin ticarət mərkəzləri ilə orada fəaliyyət göstərən sahibkarlar arasında olan iqtisadi münasibətlərin heç bir hüquqi əsası yoxdur. Yəni həmin ticarət mərkəzlərində hərc-mərclik baş alıb gedir. Həm vergidən yayınma halları, həm də əsassız yığmalar çoxdur. Bu halların baş verməsində məsuliyyət bilavasitə ticarət mərkəzinin öhdəliyinə düşür. Çünki əgər onlar icarə haqqı yığırlarsa, bütün təhlükəsizliyi təmin etməlidirlər ki, sahibkarlar xoşagəlməz hallarla qarşılaşmasınlar. Buna həm yanğın, həm subasma, həm də digər təhlükəsizlik məsələləri daxildir. Yaxşı olardı ki, münasibətlər hüquqi çərçivədə həll edilsin və hər bir sahibkarla fərdi müqavilə bağlansın. Bundan əlavə hər kəsin öhdəliyi və vəzifəsi müəyyənləşməlidir. Bu cür hallar baş verdikdə sahibkar da o müqaviləyə istinad edərək məhkəmə və ya digər vasitələrlə öz hüquqi haqqını tələb edə bilər. Təəssüflər olsun ki, bu gün o proseslər getmir, sahibkarların da hüququ pozulur və heç nə tələb edə bilmirlər.
Sədərək ticarət mərkəzində digər hüquq pozuntuları da var. Məsələn, elə insanlar var ki, 2009-cu ildən külli miqdarda vəsait verib mağaza alıb. Müqavilələrin çoxunda ticarət sahələrinin özəlləşdirilməsi və həmin mağazaların çıxarışlarının sahibkarlara təqdim ediləcəyi yazılsa da , bu təmin edilmir. Məsələnin üzərindən 14 il keçməsinə baxmayaraq, hələ də bu, baş verməyib”.
Azinforum.az olaraq qeyd edirik ki, bazarda ciddi şəkildə vergidən yayınma, kağız üzərindən ƏDV satılması halları da yaşanır. Bu prosesdə xüsusilə də bazardakı Karqo manopolyasını əllərində saxlayan, ölkəyə mal idxal edən şirkətlərin rolu böyükdür. Bu barədə bir qədər sonra…

Azinforum.az

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də