BMT-nin baş katibi Antonio Quterreş gələn həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, o cümlədən Türkiyə prezidenti Rəcəb Ərdoğan və Ukrayna lideri Volodimir Zelenski ilə telefon görüşməyi planlaşdırır.
Bu barədə o, mətbuat konfransı zamanı məlumat verib.
O, görüşlərdə taxıl sazişinin gələcəyini müzakirə edəcək.
"Gələn həftə mən prezident Zelenskini, prezident Ərdoğanı, nazir Lavrovu qəbul edəcəyəm və bu məsələ (taxıl sövdələşməsi - red.) müzakirə masasında olacaq", - Quterreş mətbuat konfransında deyib.
Qeyd edək ki, sentyabrın 19-26-da BMT Baş Assambleyasının yüksək səviyyəli sessiyaları keçiriləcək.