Braziliya Roma Statutunda imzasını geri götürərək Beynəlxalq Cinayət Məhkəməsində (BCM) iştirak etmək qərarına yenidən baxa bilər.
Bu barədə ölkənin ədliyyə və ictimai təhlükəsizlik naziri Flavius Dinu bildirib.
“Beynəlxalq Cinayət Məhkəməsi Braziliyanın hüquq sisteminə daxil edilib, lakin bir çox ölkələr, o cümlədən ən güclü dövlətlər bunu etməyiblər. Çünki müxtəlif ölkələrdə bu alətin tətbiqində bərabərlik yoxdur”, – deyə nazir qeyd edib.