Baltikyanı ölkələr sərhədlərini Rusiya nömrəli avtomobillər üçün bağlayıb.
Bu barədə "Bild" məlumat yayıb.
Bildirilib ki, Estoniya, Latviya və Litva sərhədlərini Rusiyada qeydiyyatda olan avtomobillər üçün qapadıb.
"İ Komissiyasının göstərişinə əsasən, bu gün yerli vaxtla səhər saat 10:00-dan etibarən heç kim Rusiya nömrəli avtomobillə Estoniya sərhədini keçə bilməz", - Estoniya Daxili İşlər Nazirliyindən bildirilib.
Əvvəllər Latviya və Litva oxşar qaydaları tətbiq etməyə başlayıb. Rusiya dövlət nömrə nişanlı avtomobillər bu ölkələrlə sərhədi keçə bilməz, əks halda avtomobillər müsadirə oluna bilər.