Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şahmatçılarımız Avropa çempionatında liderlər sırasındadır




Rumıniyanın Mamaya şəhərində yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatında 7-ci turun oyunları keçirilib.

 Azərbaycan Şahmat Federasiyasından  verilən məlumata görə, 12 yaşadək şahmatçıların yarışında təmsilçimiz Əhməd Xaqan lider Marin Pauya (İspaniya) qalib gələrək birinci yerə yüksəlib.

 14 yaşadək iştirakçıların mübarizəsində Rüstəm Rüstəmov İspaniyanı təmsil edən Daniel Tabuenkanı məğlub edib. Bu qələbədən sonra R.Rüstəmov 6 xalla liderlər sırasındadır. 8 yaşadək qızların yarışında Mehriban Əhmədli 7-ci turda Kamil Bilot-Lauleni (Fransa) məğlub edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də