2022-ci ildə Azərbaycanda 3 nəfərə ömürlük azadlıqdan məhrumetmə cəzası kəsilib.
Bu barədə Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.
Bu, əvvəlki illərlə müqayisədə ən aşağı rəqəmdir.
Belə ki, 2021-ci ildə ömürlük azadlıqdan məhrumetmə cəzası alan məhkumların sayı 7, 2020-ci ildə isə 5 nəfər olub.
Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə ömürlük cəzasına məhkum edilənlər 15 nəfər olmuşdu.
Xəbəri paylaş