Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu il 34 mindən çox şəxsə əlillik təyin edilib

Bu il 34 mindən çox şəxsə əlillik təyin edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin yanvar-avqust ayları ərzində 34,1 min şəxsə əlillik təyin edilib.

 Nazirlikdən  verilən xəbərə görə, onlardan 16,8 mininə ilkin, 17,3 mininə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem vasitəsilə, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumat əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

 

Bu ilin 8 ayında Agentliyin reabilitasiya mərkəzləri tərəfindən 49,1 min şəxsə reabilitasiya xidmətləri göstərilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də