Samux rayon Qarabağlar kəndədə yaşayan 1 yaş yeddi aylıq Uğur Qasımzadənin valdeyinləri çızılmaz vəziyyətdə qalıb Aynurə Qasımovanın sözlərinə görə,doğum gününə iki gün qalmış övladı onun qucağında ürəyi gedib.Təcili xəstəxanaya apardıqdan sonra verilən analizlər Uğurda qan azlığını göstərib.Bundan sonra Uğur Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutuna göndərilib.Orda verilən analizlərdən sonra körpəyə hemolitik anemiya diaqnozu qoyulub Diaqnozdan sonra iki həftə ərzində Uğurun qanının sıfırlanmaması üçün həkimlər mübarizə apardı
Uğur Qasımzadənin səhhəti yaxşılaşdıqdan sonra xəstəxanadan evə buraxılıb.Sonrakı mərhələdə Qasımovlar ailəsi müayinə üçün respublika paytaxtına bir neçə dəfə səfər etməli olub.Bakıda aparılan müalicə öz müsbət təsirini göstərib.Artıq körpə yavaş-yavaş sağalmağa doğru gedib.Lakin günlərin bir günündə Uğurun bədənində göyərmələrin olduğu üzə çıxıb Daha sonra yenidən Hemotologiya və Transfuziologiya İnstitutuna üz tutulub.Orda edilən bütün cəhdlərə baxmayaraq qandakı trombositləri yüksəltmək mümkün olmayıb.Bundan sonra Qasımovlar ailəsi xəstəxana yaxınlığında ev kirayələrək övladlarını tez-tez müayinə üçün instituta aparıb.Müalicələrdən sonra körpənin səhhətində nisbi irəliləyiş nəzərə çarpsa da müəyyən vaxt keçdikdə Evans sindromu diaqnozu qoyulub.Demək olar ki,sağalmaz xəstəlik olan bu sindromdan körpəni müalicə etmək məqsədilə Qasımovlar ailəsi Türkiyənin Antaliya şəhərinə yollanıb.Xəstəxanalardan birində götürülən analiz nəticəsində məlum olub ki,Uğurun yaşamasına 1 ay vaxt qalıb.Ona təcili sümük iliyi köçürülməlidir.Bunu etmək üçün isə Qasımovlar ailəsinin maddi vəsaiti yoxdur
Aynurə xanımın bildirir ki, Uğuru həyata qaytarmaq üçün bir ay müddətində onlar həm donor,həm də tələb olunan məbləğdə pul tapmalıdırlar
Yardım üçün əlaqə telefonu: 055 475-51-11Bank hesabı: 4169 7388 5283 4195 (Kapital Bank)