Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda neçə çoxuşaqlı ailə var? - ARAŞDIRMA

Azərbaycanda neçə çoxuşaqlı ailə var? - ARAŞDIRMA


Azərbaycanda 6 və daha çox uşağı olan ailələr hazırda çoxuşaqlı ailələr hesab olunur.

 Prezident İlham Əliyevin 13 yanvar 2023-cü ilil tarixli fərmanı ilə 5-dən çox uşağı olan qadınlara sosial müavinətin məbləği müəyyən edilib. Fərmanda bildirilir:

 “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 (yüz beş) manat müəyyən edilsin”.

 Bu o deməkdir ki, hazırda ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilir.

 Maraqlıdır, bəs hazırda Azərbaycanda 5-dən çox uşağı olan ailələrin sayı nə qədərdir?

  Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2019-cu ildə keçirlimiş əhalinin siyahıyaalınmasının məlumatlarına əsasən, Azərbaycanda 6 və daha çox uşağı olan 16169 ailə mövcuddur.

 Çoxuşaqlı ailələrdən 7169-u şəhər yerlərində, 9000-i isə kənd yerlərində yaşayır.

Hazırda Azərbaycandakı çoxuşalı ailələr uşaqların sayına görə aşağıdakı rəqəmlərdə əks olunur:

 

6  uşaqlı – 9332 ailə
7  uşaqlı – 3565 ailə
8  uşaqlı – 1748 ailə
9 və çox uşaqlı – 1524 ailə

 

Xatırladaq ki, hazırda Bərdənin Cəyirli kəndində yaşayan İsgəndərovlar Azərbaycanda ən çox uşağı olan ailə hesab olunur.

 Ailənin 17 övladı var. İsgəndərovlar ailəsində ən böyük övlad Yunisin 25 yaşı var, ən kiçik uşaq İnci isə 1 yaş yarımlıqdır.

 Ailənin başçısı Taleh İsgəndərov Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.

 17 uşaq dünyaya gətirən ana Tünzalə İsgəndərovanın ali təhsili yoxdur.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də