Hər il zəif məktəblərin nəticələrinin artırılması istiqamətində mütəmadi şəkildə işlər görülür. Keçən il göstəricisi 25 % olan məktəblərin keyfiyyəti bu il 29 %-ə qədər artıb.
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva paytaxtdakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
O bildirib ki, fərqlənmə attestatı ilə təhsili başa vuranların sayı artır:
"Bu da o deməkdir ki, yaxşı oxuyan şagirdlərin sayı çoxalıb".