Sentyabrın 10-da Rusiyada keçirilən yerli seçkilərdə Moskvanın hazırkı meri Sergey Sobyanin yenidən bu vəzifəyə seçilib.
Bu barədə "Kommersant" qəzeti yazıb.
Paytaxtda üç gün davam edən səsvermə zamanı o, səslərin 75%-dən çoxunu toplayıb.
Sonrakı yerləri Leonid Züqanov (8%), Boris Çernışov (6%), Vladislav Davankov ( 5,1%) və Dmitri Qusev (3,9%) tutub.